Vaxt.Az

Dolların qarşısına «Çin səddi»


 

Venesuela neftinin qiyməti yuanla müəyyənləşdiriləcək

Dolların qarşısına «Çin səddi» «Venesuela bundan sonra neftin qiymətini dollarla deyil, Çin yuanı ilə müəyyənləşdirəcək». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkə prezidenti Nikolas Maduro belə deyib.

«ABŞ prezidenti Donald Tramp bizə sanksiya tətbiq edib və biz bundan sonra özümüzü qorumalıyıq. Əlavə riskləri azaltmaq üçün isə dollardan imtina edib, əməliyyatları daha stabil valyuta olan yuan ilə həyata keçirəcəyik», - deyə, o, sözlərinə əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl də rəsmi Karakas dollara alternativ axtarışında olduğunu açıqlamışdı. Donald Trampın avqust ayında bu ölkəyə sanksiya tətbiq etməsi indi bu məsələni bir qədər də ön plana çıxarıb.

Sanksiyalar ABŞ şirkətlərinə Venesuela ilə qiymətli kağızlar və borc öhdəlikləri üzrə əməliyyatları qadağan edir. Eyni zamanda dövlət sektorunda borclanma, habelə hökumətin dividentlər əldə etməsinə də qadağa qoyulur.

 





16.09.2017    çap et  çap et