Vaxt.Az

«TurAz Qartalı - 2017» hərbi təlimləri başlayıb


 

Türkiyə F-16-ları Azərbaycana gəlib

«TurAz Qartalı - 2017» hərbi təlimləri başlayıb Bazar ertəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə «TurAz Qartalı - 2017» birgə taktiki-uçuş təlimlərinə start verilib, Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Təlimlər 30 sentyabradək davam edəcək.

Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimlərdə iştirak etmək üçün Türkiyənin F-16 təyyarələri sentyabrın 16-da Azərbaycana gəlib.

Hər iki ölkə arasındakı təlimlər 2015-ci ildən bəri keçirilir, hərçənd ötən il Türkiyədə 15 iyul çevriliş cəhdi ilə əlaqədar növbəti təlim baş tutmamışdı.

 





18.09.2017    çap et  çap et