Vaxt.Az

14 min ton pambıq yığılıb


 

Bu il ötən ildən 2.6 dəfə çox ərazidə «ağ qızıl» əkilib

14 min ton pambıq yığılıb Bu il sentyabrın 20-nə kimi Azərbaycan ərazisində 14 min 988,88 ton pambıq tədarük edilib. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında yazılır. Məlumatda bildirilir ki, pambıq tədarükündə Saatlı rayonu liderlik edir. Saatlıda bu mövsümdə 3 min 617,60 ton pambıq yığılıb.

İkinci sırada Sabirabad gəlir. Sabirabad fermerlərinin 2 min 128,03 ton pambıq topladığı bildilir.

Üçüncü sıradakı Biləsuvar rayonunda 1 min 481,23 ton pambıq yığılıb.

Beyləqanda 1143,50 ton, Neftçalada isə 912,50 ton pambıq tədarük olunub.

Xatırladaq ki, 2016-cı ildən başlyaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə Azərbaycanda 136 min 413,2 hektar pambıq əkilib. Bu ötən ildən 2.6 dəfə, 2015-ci ildəkindən isə 8 dəfə çoxdur.

Ən çox pambıq Saatlıda əkilib - 17 min 220 hektar.

 





20.09.2017    çap et  çap et