Vaxt.Az

Sabiq baş(sız) prokurorun sərgüzəştləri


 

Əli Ömərovla bağlı söyləyəcəyim film kimi əhvalat (1-ci hissə)

Sabiq baş(sız) prokurorun sərgüzəştləri Deməli, 1993-cü ilin bu vədələridir. «525-ci qəzet»də işləyirik. Xanım jurnalistlərin biri qəzetdə «Mister X» adlı rubrika aparır. Bu rubrikada adı gizli qalan şəxslərlə müsahibələr götürülürdü. Və böyük rezonans doğururdu. Bir dəfə baş prokuror Əli Ömərovun fəaliyyəti ilə bağlı bir prokurorluq işçisi necə deyərlər şok faktlar açıqlamışdı.

Qəzet çap olunan günün səhəri redaksiyanı polis, prokurorluq işçiləri bürüdü. Qəzetin redaktoru kimi məni itələyə-itələyə maşına basıb, baş prokurorluğa Əli Ömərovun kabinetinə apardılar. Kabinetdə haradasa 7-8 adam vardı. Biri də qadın idi. 

Elə içəri girən kimi başladı bağırmağa: «Hansıdır, tez elə denən görüm». 

Mən çiynimi çəkib bilmirəm dedim. Əslində nə baş verdiyini də anlamırdım. Səsini lap ucaltdı: Denən görüm hansıdır?

Mən bu adamları tanımırdım, ilk dəfəydi ki görürdüm. Yenə «tanımram dedim, bu adamlar kimdir ki» deyə soruşdum. Sən demə, Əli Ömərov «Mister X»i, «Mister Xı» kimi başa düşübmüş. Prokurorluqda adı «Xı» hərfiylə başlayan (Xalid, Xanlar, Xasay, Xuraman və s.i) nə qədər adam var yığıb tökmüşdü kabinetinə…

(Ardı olacaq)

 





21.09.2017    çap et  çap et