Vaxt.Az

«Torpağın bir qarışını da Azərbaycana vermərik»


 

Ermənistan Baş Qərargahı XİN-ə qarşı çıxdı

«Torpağın bir qarışını da Azərbaycana vermərik» Tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir. Virtualaz.org «Rusarminfo.ru»ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Movses Akopyan deyib.

«DQR»in bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir», - Akopyan deyib.

O əlavə edib ki, müdafiənin gücləndirilməsi üçün tanınmamış respublikaya əlavə torpaqlar lazımdır.

Xatırladaq ki, sentyabrın 19-da çıxışı zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanın Azərbaycanla «DQR»in ərazilərinin bir hissəsinin qaytarılması məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, söhbət «Qarabağın təhlükəsizliyinə xələl gətirməyən ərazilər»dən gedir.

 





21.09.2017    çap et  çap et