Vaxt.Az

«Qazprom» Bakıda yerləşir


 

Rus şirkətini viste-prezidentinin tənqid etdiyi ölkəyə gəlməyə nə məcbur edib?

«Qazprom» Bakıda yerləşir «Qazprom» şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq. «Interfax» xatırladır ki, «Qazprom» 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra «Şahdəniz» yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb. Azərbaycan təbii qaza olan tələbatını özü ödəməyə başlayıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın «mavi yanacaq»la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il «AzMeCo» şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar «Qazprom» və SOCAR arasında aparılıb.

Virtualaz.org qeyd edir ki, «Qazprom» şirkətinin Bakıda nümayəndəlik açmağa hazırlaşması Rusiya qaz nəhənginin Azərbaycan bazarında iştirakını bərpa etmək niyyətindən xəbər verir. Bu, bir tərəfdən hazırda SOCAR-ın mülkiyyətində olan «AzMeCo» metanol zavodunun xammala olan tələbatının ödənilməsi üçün Azərbaycana qaz satışına dair razılaşmanın əldə olunmasından xəbər verə bilər. Digər tərəfdən mümkündür ki, «Qazprom» Azərbaycanın Xəzərdəki qaz yataqlarının istismarı layihələrində yer almaq istəyir.

 





25.09.2017    çap et  çap et