Vaxt.Az

«Nairit»dən sonra «Sipan»


 

Ermənistanda son bir ayda ikinci zavod partladı

«Nairit»dən sonra «Sipan» Ermənistanda spirtsiz içkilərin istehsalı ilə məşğul olan «Sipan» zavodunda partlayış baş verib. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Abovyan şəhərində baş verən hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Zavodun binasının uçma təhlükəsi var. Hadisə yerində xilasedicilər işləyir.

Xatırladaq ki, bu yaxınlarda İrəvandakı «Nairit» kimya zavodunda yanğın baş vermişdi bir nəfər zəhərlənmişdi.

 





25.09.2017    çap et  çap et