Vaxt.Az

Türkmənlərlə atışmada 2 kürd oldürüldü


 

İraq Bərzanini cəzalandırmaq üçün bölgəyə qoşun çıxardı

Türkmənlərlə atışmada 2 kürd oldürüldü İraqın şimalında yerli türkmənlərlə kürd peşmərgələri arasında atışma olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, insident Tuzhurmatuda qeydə alınıb.

Nəticədə iki kürd silahlısı öldürülüb. Yaralıların da olduğu barədə məlumatlar var.

İraq Türkmən Cəbhəsi rəhbəri Ərşad Salihi məsuliyyətin Bərzani hökumətinin üzərinə düşdüyünü bildirib. «Biz demişdik, referendum çıxış yolu deyil. Əksinə bu addım əlavə problemlər yaradacaq» - deyə, Salihi əlavə edib.


***


İraq parlamenti «Kürd muxtariyyəti» ilə sərhədlərinin bağlanması barədə qərara verib. APA TV-nin məlumatına görə, bu barədə deputat Hakim əl-Zamili bildirib.

Bundan başqa İraqın ali qanunverici orqanı Bərzani hökumətinə qarşı bəzi sərt ölçülərin götürülməsi barədə müzakirələr aparıb.

Deputatın sözlərinə görə, bu tədbirlər rəsmi Bağdadı ölkənin bölünməzliyini təmin etməyə, habelə 2014-cü ildə İŞİD-in xilafət elanınadək olduğu kimi bütün bölgələrə qoşun çıxarılmasına məcbur edəcək.

 





25.09.2017    çap et  çap et