Vaxt.Az

«Müzakirə olmayacaq!»


 

İraqın baş naziri Heydar əl Abadi: «Referendum konstitusiyaya ziddir»

«Müzakirə olmayacaq!» İraqın baş naziri Heydar əl Abadi, İraq hökumətinin Kürdüstan Regional Hökuməti ilə heç bir danışığa getməyəcəyini açıqlayıb.

«Reuters»in verdiyi məlumata görə, Abadi bazar ertəsi axşamı dövlət televiziyasında çıxış edərək deyib: «Referendum konstitusiyaya zidd olduğu üçün referendumun nəticələrini müzakirə etməyə və ya dialoqa getməyə hazır deyilik».

İraqla yanaşı, İran və Türkiyə də referenduma qarşı çıxıb.

Referendumdan sonra İraq ordusu sərhəddə Türkiyə ilə birgə təlimlərə başlayıblar.

İraq Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani, referendumda müstəqillik qərarının olması vəziyyətində İraqla müstəqillik mövzusunda danışıqlara başlamaq istədiklərini söyləyib.

Referendumun rəsmi nəticəsi səsvermə başa çatdıqdan 72 saat sonra açıqlanacaq.

 





26.09.2017    çap et  çap et