Vaxt.Az

91 faiz inanır


 

Bərzaninin «xülyası»nın nəticələri

91 faiz inanır İraqın şimalında yerli hökumətin təşəbbüsü ilə keçirilən referendumun ilkin nəticələri açıqlanıb.

RİA Novosti xəbər verir ki, İraqın şimalındakı yerli hökumətin Referendum və Seçkilər üzrə Ali Müstəqil Komissiyasının məlumatına görə, seçkilərdə iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Bu rəqəmlər səsləri hesablanan 282 min seçicinin (səs verənlərin təxminən 9 faizi) fikrinə əsasən göstərilib.

Komissiyanın sədri bildirib ki, referendumda 3,3 milyon nəfər iştirak edib, seçici fəallığı 78 faiz olub. Seçicilərin cəmi 6,71 faizi regionun müstəqilliyinin əleyhinə səs verib.

O, hesablamaların davam etdiyini və buna görə də nəticələrin dəyişə biləcəyini də vurğulayıb. Qeyd edək ki, rəsmi nəticələr sentyabrın 28-də açıqlanacaq.

Xatırladaq ki, dünən İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

 





26.09.2017    çap et  çap et