Vaxt.Az

«İran və “Hizbullah» Azərbaycanda teraktlar hazırlayırdı»


 

ABŞ Antiterror Mərkəzinin rəhbərindən sensasion açıqlamalar

«İran və “Hizbullah» Azərbaycanda teraktlar hazırlayırdı» «İranın «Hizbullah»dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə Azərbaycana, Misirə, Tailanda, Kiprə və Peruya göndərir».

Virtualaz.org bildirir ki, belə sensasiyalı bəyanatla dünən ABŞ  Milli Antiterror Mərkəzinin (MAM) direktoru Nikolas Rasmussen çıxış edib.

Qeyd edək ki, Milli Antiterror Mərkəzi ABŞ Milli Kəşfiyyatı direktoru aparatının strukturuna daxildir.

N.Rasmussen ABŞ Konqresinin hökumət müəssisələrinin işləri üzrə Senat Komitəsində milli təhlükəsizlik və terror təhlükələri məsələlərinə həsr edilmiş dinləmələrdə çıxış edib. Bu dinləmələr çərçivəsində Komitə üzvləri arasında Rasmussenin senatorlar tərəfindən ona qabaqcadan göndərilmiş suallara yazı cavabları da yayılıb.

«İran bütün Yaxın Şərq üzrə maliyyə köməyi göstərməklə, müasir silahlar verməklə və  terror əməliyyatlarının keçirilməsi taktikasını öyrətməklə terrorizmin əsas sponsoru olaraq qalır. Bununla paralel olaraq, İran bütün planet boyu özünün döyüşçülər şəbəkəsini yaradır», - deyə TASS MAM rəhbərinin öz sərəncamında olan cavablarına istinadən  vurğulayıb.

 





28.09.2017    çap et  çap et