Vaxt.Az

Putinin planı nədir?!...


 

Dağıstanda hakimiyyət başına niyə general Məlikov gətirilir?

Putinin planı nədir?!... Rusiya siyasi ekspertlər qrupunun rəhbəri Konstantin Kalaçev Dağıstan rəhbəri postuna «Rosqvardiya»nın direktorunun birinci müavini, milli qvardiya qoşunlarının komandanı, general-polkovnik Sergey Melikovun əsas namizəd kimi göstərilməsini «Sobesednik»ə şərh edib.

Virtualaz.org xəbər verir ki, ekspertin fikrincə general Məlikov bütün «filtrlərdən» keçmiş adamdır və lazım olan tələblərə tam cavab verir.

«İndi ən çox müzakirə olunan məsələ odur ki, Məlikov milliyətcə ləzgidir. Doğrudur, yarı ləzgidir, anası rusdur. Dağıstanda isə çoxdan belə praktika formalaşıb ki, hakimiyyət vəzifələrinə avarları təyin edirlər. Bundan əlavə avarlar və ləzgilər arasında qısqanclıq var. Lakin belə görünür ki, bu Orta Əsrlər ənənəsi ilə qurtarmağı qərara alıblar. Adamı işinə, şəxsi, professional keyfiyyətlərinə görə qiymətləndirmək lazımdır, milliyyətinə görə yox. Bu təyinat yeni mərhələni simvolizə edir», - Kalaçev deyib.

Ekspertin fikrincə Kreml general Məlikovu Dağıstanda qayda, intizam yaratmaq üçün göndərir. Kalaçevin general Məlikovun namizədliyində milliyyətcə ləzgi olan dağıstanlı oliqarx-milyarder Süleyman Kərimovun rolunun ola biləcəyini düşünmür. «Burada başqa amillər rol oynayıb-patriotik əhval, paqonlar və Rusiya prezidentinin etimadı. Bundan əlavə xüsusi xidmət orqanlarından çıxmış biri respublikanı arxaizmə çəkib aparmayacaq. Dağıstanda hazırda din böyük rol oynayır, lakin görünür respublikanın ikinci Çeçenistana çevrilməsinin qarşısını almaq qərarına gəliblər», - ekspert qeyd edib.

 





28.09.2017    çap et  çap et