Vaxt.Az

Fars-molla rejimi Urmiya gölünü dərsliklərdən çıxardı


 

«Avstraliyada Urmiyanın quruması uşaqlara tədris edilərkən edilərkən, ...»

Fars-molla rejimi Urmiya gölünü dərsliklərdən çıxardı İran Azərbaycanında ictimai fəallar və sosial media istifadəçilərinin «Urmiya gölünün şəklinin yeni dərsliklərdəki xəritələrdən çıxarılmasına» qarşı etirazları İran Parlamentində də gündəmə gəlib.

Urmiya millət vəkili Nadir Qazipur bu barədə İranın Təlim və Tərbiyə Naziri Seyid Məhəmməd Bəthayiyə yazılı sual yönləndirib.

Millət vəkilinin məktubunda bu ifadələrə yer verilib: «Avstraliya kimi ölkələrdə, insanların xətaları nəticəsində təbiətə vurulan zərərləri uşaqlara göstərmək məqsədilə Urmiya gölünün quruması mövzusu dərsliklərə daxil edilərkən, təəssüf ki, İran təlim və tərbiyə nazirliyinin məsulları Urmiya gölünü dərsliklərdən silirlər».

«Fars News» xəbər agentliyinin məlumatına əsasən, Qazipur həmçinin əlavə edib, «məsulların Urmiya gölünün canlandırılmasına dair vədləri yerinə yetirilməzkən, indi gölün şəkli də dərsliklərdən silinib».

Deputat təlim və tərbiyə nazirindən «inandırıcı açıqlama» gözlədiyini qeyd edib. O, həmçinin öz «Instagram» səhifəsində yazıb ki, Urmiya gölünün dərsliklərdən çıxarılması təklifinin hansı düşüncə mərkəzindən gəldiyi açıqlanmalıdır.

 





30.09.2017    çap et  çap et