Vaxt.Az

«Hədəflər dəyişməyib»


 

Avropa İttifaqı Azərbaycanın təşəbbüsünü alqışlayır

«Hədəflər dəyişməyib» Avropa İttifaqı Azərbaycan qazının Avropaya nəql etməsini nəzərdə tutan «Cənub qaz dəhlizi» layihəsi üzrə Azərbaycanın təşəbbüsünü alqışlayır. Bunu «Trend»ə Avropa Komissiyasının nümayəndəsi Anka Paduraru deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı «Cənub qaz dəhlizi»ni və onun enerji təchizatının və nəqliyyat marşrutlarının mənbələrinin diversifikasiyası üzrə rolunu dəstəkləyir.

«Avropa İttifaqının hədəfləri dəyişməyib», - deyə rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, «Cənub qaz dəhlizi» Xəzər Hövzəsi, Mərkəzi Asiya, İran və Yaxın Şərqdən Avropa İttifaqına qazı nəql etmək üçün infrastrukturun genişlənilməsini hədəfləyib.

 





30.09.2017    çap et  çap et