Vaxt.Az

«Dayandırın...»


 

Bərzani yalvarmağa başladı

«Dayandırın...» Rəsmi Bağdadın İraq Kürd Muxtariyyətinə uçuşları dayandırmasından sonra separatçı rejimin sözçüsü BMT-yə səslənib. İraq Kürd Muxtariyyəti hökumətinin sözçüsü Sefin Diyazi BMT-yə müraciət edərək, uçuş qadağasının ləğv edilməsini istəyib:

«Bağdadın uçuş qadağası kürd xalqını və toplumu cəzalandırmaqdır. BMT və İraq tezliklə bu qərarın ləğv edilməsi istiqamətində addımlar atmalıdır. Kürdüstan hökuməti məsələ ilə bağlı xüsusən BMT-yə çağırış edir: bu qadağanı dayandırın».

Qeyd edək ki, Bərzani Türkiyə və İraqın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 25-də Kürd Muxtariyyətində referendum keçirib. İraq və Türkiyə buna cavab olaraq İraq Kürd Muxtariyyətinə uçuşları dayandırıb.

 





30.09.2017    çap et  çap et