Vaxt.Az

«Abonentlər aldadılır»


 

Osman Gündüzdən iki nazirliyə qarşı ittiham

«Abonentlər aldadılır» «Mən düşünürəm ki, Azərbaycanda doğurdan da internetin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Vətəndaşlar bəlli bir sürətdə internet almaq üçün provayderlə müqavilə bağlayır və həmin surətin pulunu ödəyir. Amma evdə, ofisdə həmin internetin sürətini müəyyən edən proqramlara qoşulmaqla aldanıldığını görür. Müqavilədə göstərilən surətlə onun aldığı surət arasında kəskin fərq var. Aldığı sürət müqavilədə göstəriləndən çox azdır». Bunu Modern.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O. Gündüzün dediyinə görə, bu həmin provayderlərin məsuliyyətsizliyinin göstəricisidir. «Hətta bəziləri kobud desək, abonentlərdən oğurluq edərək internet istifadəçilərini çəkidə aldatmaqla məşğuldur. Yəni müqavilədə nəzərdə tutulan surəti istifadəçiyə vermir. Bu ilk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibində fəaliyyət göstərən «İstehlakçıların hüquqlarının qorunması» ilə bağlı olan qurumdan birbaşa asılıdır. İzlənilən problem internet provayderlərinə bu iki təşkilat tərəfindən zəif nəzarət edilməsinin nəticəsidir. Bu uzun müddətdir ki davam edir və provayderlərin əksəriyyətində belə bir problem var. Bunun qarşısının alınması üçün istifadəçi ona verilən sürəti aktlaşdırmalıdır. İnternetdə aktlaşdırmanı həyata keçirmək üçün  ayrıca proqram var. Burada surətin nə qədər olması dəqiq ölçülür. Həmin əməliyyatları apararaq, çap edərək həmin provayderi məhkəməyə verə bilər. Bu istifadəçilərin hüququdur. Düşünürəm ki, aldanıldığını bilən hər bir kəs bunu edə bilər».
 





24.01.2014    çap et  çap et