Vaxt.Az

Saatda 1600 km sürətlə gedəcək


 

Avtomobilə qırıcı təyyarə motoru qoydular

Saatda 1600 km sürətlə gedəcək Böyük Britaniyada səsdən iti sürətlə hərəkət edəcək «Bloodhound» avtomobilində reaktiv təyyarənin mühərrikinin sınaqları uğurla keçib. Bu avtomobil qırıcı təyyarə mühərriki ilə gələcək yarışlarda saatda 1600 kilometr sürətlə hərəkət etməlidir.

Sınaqlar Kornoull qraflığındakı aeroportda keçirilib. Avtomobildə quraşdırılan «Rolls-Royce EJ200» reaktiv mühərriki dördüncü nəsil «Eurofighter Typhoon» qırıcılarında istifadə olunur. Mühərrik «Bloodhound» avtomobili üçün münasib sayılıb. Sonrakı sınaqlarda avtomobildə hava yığım sistemi, yanacaq və elektrik sistemləri sınaqdan keçiriləcək. Oktyabrın 26-da avtomobil aeroportun 2.7 kilometrlik uçuş-enmə zolağında ilk yürüşə çıxmalıdır. Həmin sınaqda onun sürəti saatda 320 kilometr olacaq.

Sınaqlardan sonra avtomobil Cənubi Afrikada, qurumuş gölün dibində təşkil ediləcək avtomobil yarışlarına göndəriləcək. Avtomobilin 16 kilometr məsafəni cəmi 3.6 saniyə ərzində qət edəcəyi gözlənilir. Bu, dünya rekordu olacaq. İndiyə qədər avtomobildə qeydə alınmış ən yüksək sürət saatda 1228 kilometr olub.

 





01.10.2017    çap et  çap et