Vaxt.Az

Hüquqsuz referendum


 

Avropa ilə İspaniya hökuməti Kataloniya mövzusunda həmrəydir

Hüquqsuz referendum Kataloniyada keçirilən referendum qanunsuzdur və hüquqi gücü yoxdur. Referendumun təşkilatçıları isə cinayətkarlardır. 1. Referendum İspaniya konstitusiyasının iki bəndini pozur.

2. Konstitusiyaya görə mövzusundan asılı olmayaraq istənilən referendum ancaq və ancaq mərkəzi hakimiyyət tərəfindən ümum İspaniya təşkil olunmalıdır .Ölkənin hər hansı bir vilayətlərində yerli hökumətlər tərəfindən yerli referendumların keçirilməsi haqqında qərar verilə bilməz ,referendum keçirilə bilməz.

3. Konstitusiyaya görə ölkənin bir vilayətinin vətəndaşının seçimi İspaniya dövlətinin sərhədlərinin dəyişdirilməsi və ölkənin gələcəyinin təyin edilməsi üçün əsas ola bilməz.

İspaniya qanunlarına görə referendum və onun təşkilatçıları dövlətə və xalqa qarşı cinayət törətmiş cinayətkarlardır . Referendumun təşkilatçıları, yəni bir qrup şəxs mərkəzi hakimiyyətin səlahiyyətini mənimsəməsi yolu ilə İspaniya xalqın öz müqəddəratını sərbəst və müstəqil şəkildə ifadə və həll etmək hüququnu qəsb etmiş cinayətkar dəstədir.

Siyasi dairələrdə Kataloniyada keçirilən referendum haqqında müzakirələr və dəyərləndirmə iki istiqamətdə aparılır. Bu hüquqi və siyasi müzakirə və dəyərləndirmələr şəklindədir. Hüquqi anlamda referendumun qiyməti yuxarıda qeyd etdiyimiz kimidir. Referendum haqqında beynəlxalq təşkilatlar və Avropa qurumlarının mövqeyi da İspaniya dövlətinin mövqeyi ilə üst üstə düşür. Avropa Parlamentinin sədri Antoni Tayani referendum haqqında «qeyri qanuni və ölkə konstitusiyasına ziddir» rəyini verdi. Bunu Avropa qurumlarının ümümiləşdirilmiş qiyməti kimi qəbul edə bilərik. Siyasi anlamda isə əlbəttə referendumla bağlı müzakirələr və tövsiyələr problemin polis və güclə deyil dialoq və qarşılıqlı anlaşma çərçivəsində həlli ətrafındadır. Amma bu belə nəticəni dəyişmir.

 





01.10.2017    çap et  çap et