Vaxt.Az

Kral xalqa müraciət etdi


 

VI Filipp Kataloniyada keçirilən referendumu tanımadı

Kral xalqa müraciət etdi İspaniya kralı VI Filipp Kataloniyada keçirilən referendumu tanımayıb. «El Pais» xəbər verir ki, referendumdan iki gün sonra televiziyada çıxış edən kral muxtariyyət ərazisindəki səsvermələri tanımadığını deyib. Onun sözlərinə görə, Kataloniya generaliteti (hökuməti) qanunsuz referendum keçirib və öz hərəkətləri ilə İspaniyanın vahidliyini dağıtmaq məqsədilə demokratik prinsipləri pozub.

«Onlar qaydaları müntəzəm pozaraq qərarlar qəbul etdilər, ölkə hakimiyyətinə Kataloniyada bəslənilən nifrəti göstərdilər», - deyə kral vurğulayıb.

VI Filipp əlavə edib ki, muxtariyyət hakimiyyəti İspaniya konstitusiyasını və Kataloniyanın muxtariyyəti haqqında qanunu pozub.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada İspaniyadan ayrılmaq barədə referendum keçirilib. İspaniya hökumətinin qarşı çıxdığı referendum zamanı polislə toqquşmalar zamanı 800-dən çox adam yaralanıb.

 





04.10.2017    çap et  çap et