Vaxt.Az

«İşsiz qalmayacağam»


 

Ramazan Abdulatipov istefadan sonra...

«İşsiz qalmayacağam» Dağıstanın rəhbəri vəzifəsindən istefa verən Ramazan Abdulatipov bundan sonra mədəni-təhsil layihələri ilə məşğul olmaq niyyətində olduğunu açıqlayıb.

O, «RİA Novosti»yə bildirib ki, işsiz qalmayacaq: «Məncə, Moskvanın yaxşı universitetlərindən birində professor olacağam, mədəniyyət və təhsil layihələri ilə məşğul olacağam. İdeya çoxdur, yəni işsiz qalmayacağam».

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Ramazan Abdulatipovun istefasını qəbul edib.

Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub.

V. Vasilyev bu vəzifəni yeni rəhbərin təyinatına qədər icra edəcək.

Onu da qeyd edək ki, ilk dəfədir Dağıstan Respublikasının başçısı rus olub.

 





04.10.2017    çap et  çap et