Vaxt.Az

Azərbaycan məhsullarına tələbat artıb


 

Qeyri-neft mallarına sifarişlərdə qida məhsulları liderdir

Azərbaycan məhsullarına tələbat artıb «2017-ci ilin 7 ayında Azexport.az portalına Azərbaycan məhsulları almaq istəyən 53 ölkədən 264,3 milyon dollarlıq sifariş daxil olub». Bu barədə Gömrük Komitəsi bildirir.

İyulda portala daxil olan sorğuların pulla qiyməti iyundakından 15 faiz çox olub. Aylar üzrə sorğuların ümumi məbləği belədir: 2017-ci ilin yanvarında 48 milyon, fevralda 6.5 milyon, martda 27 milyon, apreldə 29.9 milyon, mayda 19 milyon, iyunda 62.3 milyon və iyulda 71.6 milyon dollar.

Analiz göstərir ki, iyulda Rusiyadan daha çox sifariş daxil olub. Bu ölkə 2017-ci ilin 7 ayında sifarişlər üzrə liderdir.

Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə Azərbaycanda Rusiyaya 311 milyon dollarlıq mal ixrac edilib. Bu, 7 ayda qeyri-neft ixracatının 36.4 faizdir.

Azexport.az portalına müraciət edənlərin ilk beşliyində Rusiya liderdir (19 faiz). Ardınca Ukrayna (7.8 faiz), Türkiyə (7.4 faiz), ABŞ (4.8 faiz) və Səudiyyə Ərəbistanı (4.8 faiz) gəlir.

Bu ilin iyununda ilk dəfə portala Qətər, Tanzaniya və Ekvadordan sifarişlər daxil olub.

Azərbaycanın qeyri-neft mallarına sifarişlərdə qida məhsulları liderdir: təmizlənmiş fındıq, şərab, kosmetika vasitələri, tütün, göbələk, uşaq paltarı, konservləşdirilmiş mal əti, quru süd, mebel, yumurta, dondurulmuş toyuq əti, albalı şirəsi, xalça, iplik, pambıq, kərə yağı, alma, avtomobil diaqnostikası qurğusu və s.

İplik, pambıqlifi, alma, təmizlənmiş fındıq və toyuq əti üzrə hər bir mala sifariş məbləği 1 milyon dollardan çoxdur.

Böyük Britaniya və Almaniyada Azərbaycan xalçalarına tələbat böyükdür. Bu mala sifarişlər Qazaxıstandan tutmuş Tanzaniyaya kimi müxtəlif ölkələrdən gəlir.

 





07.10.2017    çap et  çap et