Çaxalyan isə deyib ki, bu istisna deyil. «Saakaşvili vaxtından belə qəbul olunub ki, hər şeyə görə günahı Rusiyanın üstünə atsınlar. Aydın məsələdir ki, heç nəyi istisna etmək olmaz, lakin eskalasiya Rusiyanın nəyinə lazımdır? Rusiya istəsəydi öz məsələlərinin həlli üçün kifayət qədər resursları olanda bunu edərdi. Axalkalakidə iri Rusiya bazası olanda. Hesab etmirəm ki, indiki məqamda Rusiya öz müttəfiqi Ermənistanı problemli proseslərə cəlb etmək istəsin«-Çaxalyan bildirib. Və Cavaxetiya separatçısı hadisələrə görə Saakaşvilinin adamlarından, o cümlədən «ən ağlabatan versiya kimi« Azərbaycan və Türkiyədən şübhələndiyini deyib.
Çaxalyanın sözlərinə görə, dünən Cavaxetiyanın daha bir kəndində insident olub və bir-birinin ardınca belə insidentlərin baş verməsi təsadüfi deyil.
Bu həmin Çaxalyandır ki, separatçı və kriminal əməllərinə görə uzunmüddətli həbsə məhkum edilmişdi. Lakin Gürcüstanda İvanişvilinin «Gürcü arzusu« koalisiyası hakimiyyətə gələndən sonra əfv olunub həbsdən çıxdı.