Vaxt.Az

Eyni gündə iki səfər


 

Elmar Məmmədyarov Gürcüstana, Zakir Həsənov Belarusa gedir

Eyni gündə iki səfər Xarici işlər naziri Elmar Məmmədyarov bu gün (8 oktyabr 2017-ci il tarixində) Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Gürcüstana işgüzar səfərə gedir.

GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

 

***

 

Bu gün (oktyabrın 8-də) Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusa rəsmi səfərə gedir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Z.Həsənov ölkənin hərbi-siyasi rəhbərliyilə görüşəcək, Belarusun hərbi-sənaye müəssisələrinə baş çəkəcək.

Hərbi, hərbi-texniki, hərbi təhsil və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

 





08.10.2017    çap et  çap et