Vaxt.Az

Deputatlar Strasburqa gedir


 

AŞPA-nın sessiyası 5 gün davam edəcək

Deputatlar Strasburqa gedir Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bu gün (oktyabrın 8-də) Strasburqa gedir. Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.

Nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Heyətə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildir.

Nümayəndə heyəti oktyabrın 15-dək Strasburqda olacaq.

Sessiya 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq. Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun büro iclaslarına qatılacaq.

AŞPA-nın plenar iclaslarında büro və daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək.

AŞPA-da həmçinin «Azərbaycanda demokratik təsisatların fəaliyyəti», «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

 





08.10.2017    çap et  çap et