Vaxt.Az

«Traktor» türk millət vəkillərini birləşdirdi


 

Əhməd Əlirzabəyli, Nadir Qazipur, Məhəmməd Həsənnəjad, Murtaza Xatəmi, Rza Əlizadə, Fridun Əhmədiyə «Azərtel» Sim kartları hədiyyə edilib

«Traktor» türk millət vəkillərini birləşdirdi Təbrizin «Traktor» Futbol Klubu səhmdarı olduğu «Azərtel» Şirkətinin Sim kartlarından bir neçəsini azərbaycanlı millət vəkillərinə hədiyyə edib. Sim kartlar «Traktor» klubunun icraçı direktoru Mustafa Acorlu və «Ava İrtibatat Negin Şirkəti»nin direktor müavini Mehdi Şiri tərəfindən İran parlamentinin binasında təqdim olunub.

Klub və şirkət nümayəndələri Sim kartları təqdim edərkən millət vəkillərinə «Traktor» Klubu ilə «Ava İrtibatat Negin Şirkəti»nin əməkdaşlığı və birgə fəaliyyəti haqda məlumat veriblər.

Hədiyyə Sim kartlarını qəbul edən Təbrizin millət vəkili Əhməd Əlirzabəyli, Urmiyənin millət vəkili Nadir Qazipur, Mərənd və Culfanın millət vəkili Məhəmməd Həsənnəjad, Zəncanın millət vəkili Murtaza Xatəmi, Vərziğanın millət vəkili Rza Əlizadə və Zəncanın millət vəkili Fridun Əhmədi «Traktor» klubunun mobil rabitə operatoru istifadəyə verməsini yüksək qiymətləndirib, ona bütün iqtisadi layihələrində uğurlar arzulayıblar. Azərbaycanlı millət vəkilləri «Traktor» Klubuna bütün iqtisadi layihələrində dəstək verəcəklərini də xüsusi vurğulayıblar.

Azərbaycanın «Traktor» Klubu dövlət tərəfindən dəstəklənmədiyi üçün bir çox maliyyə problemləri ilə üz-üzə qalib. Bu səbəbdən klub rəhbərliyi problemləri aradan qaldırmaq üçün müəyyən iqtisadi layihələr üzərində işləyir. Son vaxtlar iqtisadi layihələrin müsbət nəticə verdiyi ilə bağlı xəbərlər yayılır.

 





08.10.2017    çap et  çap et