«Biz, müxtəlif bəhanələrlə iqtisadi layihələrin qeyri-müəyyən vəziyyətdə saxlanılmasına icazə verməməliyik. Ona görə ki, bu vəziyyət davam edərsə, əyalətdə iqtisadi durğunluq yaranacaq», - deyə İ.Abbasi bildirib.
Valiliyinin icraçı direktoru iqtisadi və ticarət müəssisələrinin vəziyyətdən çıxması üçün çıxış yolu da göstərib: «Müəssisələr gecikdirilmiş kreditlərin faizini ödədikdən sonra yenidən kredit ala bilsələr, bir çox problem öz həllini tapar. Bu həmdə müqavimət iqtisadiyyatı üsuluna uyğundur. Fəallaşdırma Şurasının banklara təqdim etdiyi müəssisələrin işinə qısa zamanda baxılmalıdır. Lakin Şuranın təsdiqlədiyi müəssisə banka müraciət etmirsə, o zaman həmin müəssisə digəri ilə əvəz edilməlidir».
İ.Abbasi sözlərinin sonunda turizm sənayesinin əhəmiyyətinə də toxunub. «Ərdəbil Əyalətində turizm sahəsini gücləndirmək lazımdır. Əyalətimiz turizm əyaləti olduğu üçün turizm sənayesi ilə bağlı bütün layihələr prioritet əhəmiyyət kəsb edir», - deyə o vurğulayıb.