Vaxt.Az

Eminin Bakıda solo-konserti


 

Çoxlu yeniliklər olacaq

Eminin Bakıda solo-konserti Azərbaycanlı müğənni və bəstəkar EMİN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

Saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Qeyd edək ki, ifaçı konsertlərini ənənəvi olaraq ilin sonunda keçirir. Belə ki, Bakıdakı çıxışından əlavə, onun dekabrın 11-də Moskvada «Crocus City Hall»da, dekabrın 15-də isə Sankt-Peterburqda «Oktyabrskiy» böyük konsert zalında konsertləri planlaşdırılıb.

Müğənni sosial şəbəkə səhifəsində məlumat verir ki, tamaşaçıları çoxlu yeniliklər gözləyir.

 





08.10.2017    çap et  çap et