Vaxt.Az

«Özgürlük harayı»


 

Abbas Lisaninin əsərlər toplusu bir kitabda nəşr olunub

«Özgürlük harayı» Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin seçilmiş əsərləri «Özgürlük harayı» adlı kitabda nəşr olunub. Kitab PDF şəklində virtual aləm, xüsusi ilə də sosial şəbəkələrdə geniş yayılıb.

400 səhifəlik kitabda A.Lisaniyə aid məqalə, şeir, müsahibə, çıxış, məhkəmələrdəki müdafiə mətnləri, həbsxanadan yazılan məktublar və s. kimi əsərlər öz əksini tapıb.

Bir qrup milli-mədəni fəalın səyi nəticəsində hazırlanan «Özgürlük harayı» kitabı, öncül milli mübarizlərin tanıtdırılması uğrunda atılan ilk addımdır. Ümid olunur ki, bu əsər Azərbaycan gənclərinin maariflənməsində, onları əsl mübariz insanların ideyası ilə tanış etməkdə xüsusi rol oynayacaq.

Ərdəbil şəhəri sakini A.Lisani maarifçiliyin, vətənpərvərliyin və azadlıq ideyalarının təbliği uğrunda yorulmaz bir mübarizdir. O Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər İran rejiminin zindanlarında məhbus həyatı yaşayıb, rejimin bir çox təzyiqlərinə məruz qalıb.

 





09.10.2017    çap et  çap et