Vaxt.Az

Güclü maqnit qasırğası gəlir


 

Texnogen qəzalar, fəlakətlər baş verə bilər

Güclü maqnit qasırğası gəlir Yer kürəsində oktyabrın 13-14-də maqnit qasırğası gözlənilir. APA TV-nin məlumatına görə, bu barədə Rusiyanın «Fobos» hava mərkəzi məlumat yayıb.

Yaxın günlərdə günəş küləyinin yeni həddə çatması maqnit qasırğasına səbəb olacaq. Bununla əlaqədar oktyabrın 11-12-də, həmçinin oktyabrın 15-də yerin maqnit sahəsində həyəcanlaşma qeydə alınacaq.

Bu günlərdə rabitə və elektronika avadanlıqlarının işində kəsintilər, texnogen qəzalar və fəlakətlərin baş verməsi ehtimalı var.

Mütəxəssislər bu günlərdə meteohəssas insanlarda narahatlıq hissi yaranacağı barədə də xəbərdarlıq ediblər.

 





10.10.2017    çap et  çap et