Vaxt.Az

Prezident 2 ay vaxt verdi


 

İlham Əliyev Nazirlər Kabineti ilə bağlı fərman imzaladı

Prezident 2 ay vaxt verdi Prezident İlham Əliyev «Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası»nın və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Virtualaz.org-un məlumatına görə, fərmanla «Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası» və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə» təsdiq edilib.

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 





10.10.2017    çap et  çap et