Vaxt.Az

«Qatıq qaradır» siyasəti…


 

… yaxud «süddən çıxmış ağ qaşıq»larla mübarizə

«Qatıq qaradır» siyasəti… ABŞ-Türkiyə arasında ticarət dövriyyəsi bu ilin ilk 8 ayında 13,7 milyard dollar olub. Türkiyənin ABŞ-a ixracı bu dövrdə keçən ilin ilk 8 ayına görə 32 faiz artımla 5,8 milyard dollar təşkil edib. ABŞ-ın Türkiyəyə ixracı isə keçən ilin eyni dövrünə görə azalıb, 7,9 milyard dollar təşkil edib.

Türkiyənin ABŞ-a ixracı ümumi ixracatının 6 faizə yaxınıdır, ABŞ-ın Türkiyəyə ixracı ümumi ixracının 0,001 faizə yaxınını təşkil edir.

Türkiyədə birbaşa ABŞ kapitalının həcmi 100 milyard dollardan çoxdur. ABŞ ölkəyə ən çox investisiya qoyan ilk 5 ölkədən biridir.

Türkiyənin sivil dünya ilə münasibətləri gərginləşdirir, ölkə son 6-7 ildə tutarsız xarici siyasət aparır:

 

1.) Gah «Ey Rusiya» deyib Kremli təhdid edir, gah da Putini ən yaxın dostu sayıb, ondan «S-400» kompleksi alır;

2.) Əsədə «qardaşım» deyirdi, sonra ən böyük düşməni elan etdi, indi isə onunla Moskva üzərindən gizli danışıqlar aparır;

3.) Bərzani ən yaxın dostu idi, Şimali İraqda «Kürdüstanın» qurulmasında, ordusunun, iqtisadiyyatının yaranmasında Türkiyə ən böyük rol oynadı, indi Bərzani düşmən oldu;

4.) Mərkəzi İraq hökumətini heçə sayırdılar, oradan qaçan yüksək vəzifəli məmurlar Türkiyədə gizlənirdi, rəsmi Bağdad ən böyük dost oldu;

5.) İrana həmişə şübhə ilə yanaşırdılar, indi İran ən böyük dost oldu;

6.) Üç gün öncə Putinlə görüşdü, tam iş birliyi sözü verdilər, dünən Kiyevdə Krımın işğal olunduğunu, Rusiyanın işğalçı olduğunu bəyan etdilər;

7.) Suriyada məzhəb üzərindən siyasət aparıb bəlli qruplara ciddi dəstək verdilər, sonra həmin qruplarla vuruşmağa başladılar;

8.) Ölkəyə demokratiya gətirəcəyik dedilər, onlarla jurnalist həbs edib, onlarla media qapatdılar;

9.) FETÖ-yə «Hocam» deyib dövləti onlara təslim etdilər, indi onlarla mübarizə aparırlar.

 

Belə tutarsız siyasət olmur, olanda da ABŞ-la, AB və dünya ilə böhran yaşanır.

Təbii ki, ABŞ-ın da, AB-nin də öz maraqları var, onlar heç də «süddən çıxmış ağ qaşıq» deyillər. Amma Dövlət adlanan İnstitutun öz tutarlı, ardıcıl, məntiqli, iqtisadi və siyasi gücünü doğru hesablaya bilən siyasəti olmalıdır.

 





10.10.2017    çap et  çap et