Vaxt.Az

Brüsseldə Azərbaycana qarşı təxribat


 

Oktyabrın 23-də anti-Azərbaycan siyasi aksiyanın keçirilməsi gözlənilir

Brüsseldə Azərbaycana qarşı təxribat Oktyabrın 23-də Brüsseldə avropalı siyasətçilərin, diplomatların, hüquqşünasların və hüquq müdafiəçilərinin iştirakı ilə növbəti anti-Azərbaycan siyasi aksiyanın keçirilməsi gözlənilir. Bu barədə virtualaz.org-a diplomatik mənbələrdən məlumat verilib.

«Sərhəddən kənarda repressiyalar: Gürcüstanda qovulmuş azərbaycanlılar» mövzusunda müzakirələrin təşkilatçısı «Açıq cəmiyyət» Avropa Siyasət İnstitutudur. Mənbədən virtualaz.org-a bildirildiyinə görə, Azərbaycan hökumətini «dissidentlərlə və müstəqil fəallarla misli görünməmiş mübarizə»də ittiham etmək istəyirlər.

Qeyd edək ki, «Açıq cəmiyyət» Avropa Siyasət İnstitutu Açıq Cəmiyyət Fondunun siyasi bölməsidir. Bu qurumun rəsmi saytında qeyd olunur ki, təşkilat Avropanın daxilində onun hüdudlarından kənarda açıq cəmiyyətlərin yaradılması üzərində işləyir və bunun üçün Avropa İttifaqının siyasətindən, qanunvericiliyindən, maliyyəsindən və siyasi nüfuzundan istifadə edir.

Müzakirələrin təşkilatçılarının sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyətinin bir çox liderləri ölkəni tərk etməyə və Gürcüstana köçməyə məcbur olublar. Lakin «Əfqan Muxtarlının bu ilin may ayında oğurlanması və qeyri-qanuni olaraq Azərbaycana verilməsi Gürcüstanda yaşayan azərbaycanlıların həyatında dönüş nöqtəsi olub». Bununla yanaşı, virtualaz.org-un dəfələrlə bildirdiyi kimi, hətta gürcü ekspert ictimaiyyətində də Əfqan Muxtarlının oğurlanması barədə deyilənlərə inanmırlar. Bunu onlarla müşahidə kamerasının apardığı çəkilişlər də sübuta yetirmir. Buna baxmayaraq, avropalı hüquq müdafiəçiləri «oğurluğ»u təkzibedilməz fakt hesab edirlər.

Bundan savayı, elə həmin müzakirələr zamanı «Gürcüstan hakimiyyəti tərəfindən Azərbaycan vətəndaşlarına yaşayış hüququnun və sığınacağın verilməsinə imtina» mövzusuna da toxunulacaq ki, guya bu iki ölkə arasında danışılmış hərəkətlərin sübutudur və Azərbaycanın gürcü hakimiyyətinin siyasətinə təsirini göstərir.

Qeyd edək ki, tədbir açıq keçiriləcək və təşkilatçıların fikrincə, bu amil onun Avropa mətbuatında geniş işıqlandırılmasına gətirib çıxaracaq.

 





11.10.2017    çap et  çap et