Vaxt.Az

ABŞ prezidentinin başını ağrıdan proje


 

Mosvadakı «Trump Tower»in yerində «Agalarov Tower» ucalacaq, layihədə İvankanın da adı keçir

ABŞ prezidentinin başını ağrıdan proje Ata-oğul biznesmenlər Araz və Emin Ağalarovlar Moskvanın Krasnoqorsk rayonunda «Crocus City»nin ərazisində «Agalarov Tower» çoxfunksiyalı kompleksini inşa etməyə hazırlaşır.

Emin Ağalarov TASS-a bildirib ki, onların şirkəti əvvəllər «Trump Tower» qülləsinin ucaldılması planlaşdırılan ərazidə öz çoxfunksiyalı komplekslərini tikəcəklər. Lakin biznesmen layihənin parametrlərini açıqlamayıb, təkcə bunu deyib ki, «Agalarov Tower» insan ömrünün hüdudları çərçivəsində tikilib başa çatdırılacaq.

Xatırladaq ki, Araz Ağalarov Donald Trampla Moskvada Trump Tower göydələnin tikilməsini 2013-cü ildə müzakirə edib. Həmin il biznesmen Tramp «Dünya gözəli» yarışmasını keçirmək üçün Moskvada Ağalarovların qonağı idi. Sonradan o prezident seçildi və indi həmin Moskva səfəri Trampın başına bəla olub.

Ağalarovlar planlaşdırmışdı ki, Moskvadakı «Trump Tower» layihəsi eyni adlı oteldən, 250 elit mənzildən, spa-mərkəzdən və Trampın qızı İvankanın brendi altında digər kommersiya daşınmaz əmlakın tikintisindən ibarət olacaq.

 





12.10.2017    çap et  çap et