Vaxt.Az

«... PKK-ya pulsuz verir»


 

Ərdoğan: «ABŞ Türkiyəyə satmadığı silahı»

«... PKK-ya pulsuz verir» «ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir, lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır». Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib: «Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq».

ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır: «ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir».

 





12.10.2017    çap et  çap et