Vaxt.Az

Görüş gələn həftə olacaq


 

«Bu mərhələdə əlverişli atmosferin bərpası əhəmiyyətlidir»

Görüş gələn həftə olacaq Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan gələn həftə Cenevrədə görüşəcəklər.

Virtualaz.org-un məlumatına görə, bunu erməni KİV-lərinə Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.

A.Aşotyan partiyasının icraedici orqanının iclasından sonra bildirib: «Siz Qarabağ problemi üzrə Ermənistanın mövqeyini bilirsiniz. Bu mövqe BMT-nin Baş Assambleyasında Ermənistan prezidenti tərəfindən də səsləndirilib. Danışıqlar davam edir, amma bu mərhələdə əlverişli atmosferin bərpası əhəmiyyətlidir. Bu gələcəyə daha optimist baxmağa imkan verəcək».

 





12.10.2017    çap et  çap et