Vaxt.Az

15-20 manat odəməklə...


 

... Bakıdan Gəncəyə qatarla 4 saata getmək mümkün olacaq

15-20 manat odəməklə... Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.

Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov deyib.

«Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq», -  deyə C.Qurbanov əlavə edib.

 





13.10.2017    çap et  çap et