Vaxt.Az

Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü


 

«Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensial var»

Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib. Daha sonra Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər. Ardınca rəsmi foto çəkdirilib.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşüblər. Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın dövlət başçısı Rumen Radev görüşdə çıxış ediblər.

Geniş tərkibli görüşdən sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər.

 





13.10.2017    çap et  çap et