Vaxt.Az

ABŞ-dan BMT-yə Suriya çağırışı


 

BTM-in müddəti daha bir il uzadıla bilər

ABŞ-dan BMT-yə Suriya çağırışı Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasını çağırır ki, Suriyada kimyəvi silah hücumları üçün kimin məsuliyyət daşıdığını müəyyənləşdirməli olan təftiş komissiyasının səlahiyyətini uzatmaqdan ötrü təcili səsvermə keçirsin. Bu, Rusiyayla qarşıdurmanın dərinləşməsi deməkdir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli oktyabrın 18-də deyib ki, Birgə Təhqiqat Mexanizminin (BTM) fəaliyyətini daha bir il uzadacaq qətnamə hazırlayıb. Qrup oktyabrın 26-dək hesabatını təqdim edəcək və səfir həmin tarixdən öncə qrupun səlahiyyət müddətini uzatmağa çağırıb.

BTM bu ilin aprelində Xan-Şeyxunda 90 nəfərin ölümünə səbəb olmuş sarin qazı hücumuna görə kimin məsuliyyət daşıdığını araşdırır.

Rusiyanın səfiri Mixail Ulyanovsa ötən həftə bildirib ki, Rusiya inspektorların mandatını uzatmamışdan hesabatı görmək istəyir.

 





19.10.2017    çap et  çap et