Vaxt.Az

Kim yoxa çıxacaq?


 

Mərkəzi Kəşfiyyat İdarəsinin direktorundan ilginc eyham

Kim yoxa çıxacaq? ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo bəyan edib ki, başçılıq etdiyi strukturu daha da qəddarlaşdıracaq. Pompeo bunun Şimali Koreyanın raket-nüvə proqramı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Kim Çen Inın rejimi Amerika ərazisinə çata bilən raket hazırlamaq ərəfəsindədir. ABŞ isə buna yol verməməyə çalışır.

«Əgər Kim yoxa çıxmalıdırsa, MKİ-nin tarixçəsini nəzərə alaraq mən bu haqda danışmayacam. Bu, bizim idarə üçün faydalı deyil», - Pompeo Şimali Koreya liderinin fiziki məhvi variantı haqda suala cavab olaraq deyib.

Pompeo əlavə edib ki MKİ-nin səhra fəaliyyətini bərpa edəcəklər.

Bu ilin aprelində ABŞ prezidenti yanında milli təhlükəsizlik Şurası Şimali Koreya təhlükəsi ilə bağlı ssenariləri müzakirə edib. Mətbuat yazıb ki, variantlardan biri Kim Çen Inın fiziki məhvidir.

 





22.10.2017    çap et  çap et