Bunu «Trend»ə Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri, Strateji Araşdırmalar Diplomatiya Mərkəzinin rəhbəri, ekspert Naciye Selin Şenocak Azərbaycan Prezidentinin «D-8» sammitində xüsusi qonaq qismində iştirakını şərh edərkən deyib.
Onun sözlərinə görə, buna qədər Azərbaycan BMT-də bir sıra vacib təşəbbüslərlə çıxış edib ki, bu təşəbbüslər də sülhün bərpa olunmasına xidmət edə, eləcə də bütün İslam dünyasına nümunə ola bilər.
N.S.Şenocak vurğulayıb ki, «D-8» sammitinə lazımi diqqət verilsə, bu qurum Şanxay Əməkdaşlıq Təşkilatı kimi güclənə bilər. O, həmçinin qeyd edib ki «D-8» Avropa İttifaqına alternativ bazar ola bilər.
Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının («D-8») «Əməkdaşlıq yolu ilə imkanları artırmaq» devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.