Təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək əhalini məktəbdən uzaqlaşdırıblar.
Hadisədən bir neçə saat sonra məsələyə münasibət bildirən Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər bildirib ki, qız şagirdin məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması xəbəri həqiqəti əks etdirmir.
O bu barədə «İlna» xəbər agentliyinə məlumat verib.
«Bəzi sosial şəbəkələrdə yayılan xəbər doğru deyil, məktəbli qıza qarşı heç bir əxlaqsız hərəkət olmayıb. İlkin müşahidələrə görə, gözətçi kobud davranışa yol verib, lakin hər hansı əxlaqsız hərəkət olmayıb», - deyə Ə.Radfər bildirib.
Sonda vali müavini yayılan xəbərlə bağlı insanları diqqətli olmağa çağırıb. «Heç bir əxlaqsız hərəkət olmayıb, lakin bəziləri bu vəziyyətdən sui-istifadə etməyə çalışır. Ona görə də hər kəs diqqətli olmalıdır», - deyə o təkid edib.