Vaxt.Az

Müjgan Siyami Ərdəbildə həbs edilib


 

Rejim prezident seçkilərində «dini siyasətdən ayıracağam» şüarlı qadın namizədlə haqq-hesab çəkir

Müjgan Siyami Ərdəbildə həbs edilib Güney Azərbaycanının Ərdəbil şəhərində fəaliyyət göstərən ictimai fəal, yazar və «Saray» dərgisinin sahibi Müjgan Siyaminin Ərdəbildə evində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

Bu haqda məlumat yayımlayan «Günaz TV» və «Araz News» kimi internet portalları xanım Siyaminin harada saxlanıldığı və tutulmasının səbəbinin bilinmədiyini yazıblar.

«Son Sekans» adlı türkcə hekayələr toplusunun müəllifi Müjgan Siyaminin adı keçən aprel ayında İran prezident seçkilərinə namizədliyini irəli sürən azsaylı qadınlardan biri olaraq gündəmə gəlmişdi.

Həmin günlərdə İLNA xəbər agentliyi xanım Siyaminin şəklini əlində tutduğu və üzərində «dini siyasətdən ayıracağam» cümləsi yazılmış bir plakatla yayımlamışdı.

 





25.10.2017    çap et  çap et