Vaxt.Az

Arktikada dəniz buzları gözlənildiyindən daha sürətlə əriyir


 

Şimal Buzlu Okeanda yayların buzsuz keçməsi qlobal hava şəraitlərini dəyişəcək

Arktikada dəniz buzları gözlənildiyindən daha sürətlə əriyir Çərşənbə axşamı Kalqari Universitetinin yaydığı yeni araşdırmanın nəticələrinə əsasən, Şimal Buzlu Okeanda dəniz buzları təxmin edildiyindən daha sürətlə əriyir, çünki buzların üzərindəki duzlu qar peyk ölçülərinin dəqiqliyinə təsir göstərir.

Kanadada yerləşən Kalqari Universitetinin Kriosfer İqlim Araşdırma Qrupu «Geophysical Research Letters» adlı elmi jurnalda çap etdiyi hesabatda mövsümi dəniz buzlarının qalınlığının peykdən alınan ölçülərinin onların həqiqi ölçülərindən 25 faiz böyük göstərildiyi qeyd edilib.

Araşdırmanın baş müəllifi Vişnu Nandanın bildirdiyinə görə isə bu o deməkdir ki, Şimal Buzlu Okeanda buz bəzi elmi proqnozlardan daha tez əriyə bilər. Həmin proqnozlara əsasən dənizdəki buzların ilk dəfə 2040-2050 illər arasında yay aylarında tamamilə əriyəcəyi güman edilir.

Şimal Buzlu Okeanda yayların buzsuz keçməsi qlobal hava şəraitlərini dəyişəcək. Belə ki, böyük fırtınaların miqyası artacaq və onlar daha tez-tez baş verəcək, Artikadakı dəniz ekosistemi dəyişəcək və beləcə qütb ayıları kimi heyvanların ov ovlamaları çətinləşəcək.

Arktikada dəniz buzlarının artan qlobal temperaturlar nəticəsində nə zaman əriməyə başlayacağı ilə bağlı bir sıra proqnozlar var. Kalqari Universitetinin apardığı araşdırmada isə indiyədək qeydə alınan peyk görüntüləri sual edilir.

«Problem ondadır ki, peykdən alınan mikrodalğa ölçülər duzlu qardan yaxşı keçə bilmir, ona görə də peyk dəniz buzunun fribordunu düzgün ölçmür və bu səbəbdən də buzun qalınlığını olduğundan çox hesablayır», deyə Nandan bildirir.

Dəniz buzunun fribordu dəniz səviyyəsinin üstündə görünən buzdur. «Bizim nəticələr göstərir ki, bundan sonra Arktikadakı mövsümi buz fribordlarının peykdən alınan ölçülərində qarın şoranlğı nəzərə alınmalıdır», tədqiqatçı Con Yakel deyir.

 





26.10.2017    çap et  çap et