Vaxt.Az

Əsgəran-Xankəndi yolunda qəza


 

4 erməni öldü

Əsgəran-Xankəndi yolunda qəza Bu gün Azərbaycanın işğal altındakı ərazilərində, Əsgəran-Xankəndi yolunda ağır avtomobil qəzası baş verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qəzada üç avtomobil toqquşub. Toqquşmada iştirak edən VAZ 21011 markalı avtomobilin sürücüsü və iki sərnişini hadisə yerində ölüb. Üçüncü sərnişin isə Xankəndi xəstəxanasında ölüb. VAZ 21011-lə toqquşan «Mitsubishi» avtomobilinin sürücüsü yaralanıb, üçüncü maşında zərər çəkən olmayıb.

 





26.10.2017    çap et  çap et