Vaxt.Az

«Onlar məni kişi yerinə qoymadılar»


 

Qızının nişanından xəbərsiz olan ata «Facebook»da intihar edib

«Onlar məni kişi yerinə qoymadılar» «The Mail» qəzeti yazır ki, «Facebook»da paylaşılmış dəhşətli bir videopostda qızının onun icazəsi olmadan evlənməyə qərar verməsindən sarsılan kişinin tapança ilə intihar etdiyi görünür.

Türkiyənin Kayseri şəhərindən olan Ayxan Uzun «Facebook»a canlı çıxdıqdan sonra intihar edib. O gicgahına sıxdığı tapançanın tətiyini çəkənədək bütün ailə üzvlərinə həqarətlər yağdırıb.

Videodakı 54 yaşlı kişi «Salamat qalın, mən getdim» dedikdən sonra üçədək sayaraq tətiyi çəkir.

Videoda Ayxan Uzunun döşəməyə yıxıldığı görünür. O bundan qabaq etdiyi qısa müraciətdə intihar qərarına gəlməsini qızının onun razılığı olmadan ərə getmək niyyəti ilə izah edir.

O videoda deyir: «Mən bu gün canlı yayına çıxmışam. Son vəsiyyətim budur ki, məni bu hala gətirənlər dəfnimə gəlməsinlər».

Evdə tək olan Ayxan Uzun deyir ki, ona qızının nişanlandığı barədə indicə telefonla xəbər veriblər.

«Qızımın həyatında ən xoşbəxt bir gündə onlar mənə zəng edib dedilər ki, «ata sən də məclisə gəl», - deyir cənab Uzun, - Onlar məni saymadılar, kişi yerinə qoymadılar. Qızımın xeyir-duasını mənim əvəzimə qayınatam verib. Bir kimsə demədi ki, bu qızın atası var. Halbuki mən qızımın və ailəmin məni çağıracağını gözləyirdim…»

Ayxan Uzun daha sonra davam edir: «Mənim arvadım zəng edib dedi ki, sənə ayrıca dəvətnaməmi göndərilməliydi?»

«Bəlkə də bəziləriniz bunu şou adlandıracaqsınız, amma mən heç kimin mənim yerimdə olmasını istəməzdim…»

«The Mail» yazır ki, «Facebook»da canlı yayım zamanı kişinin dostları və qohumları ona mesaj yazaraq intihar etməməsi üçün yalvarırdılar.

Amma belə görünür ki, Ayxan Uzun bu yalvarışlara qulaq asmayıb və qərarını icra edib.

Məqalədə deyilir ki, polis iş üzrə cinayət araşdırmasına başlayıb.

 





26.10.2017    çap et  çap et