Vaxt.Az

İraq ordusu peşmərgəni vurdu


 

Kürdlər ABŞ-dan kömək istədi

İraq ordusu peşmərgəni vurdu İraqda Bağdadla Şimali İraq Kürd Muxtariyyəti arasında başlayan böhran davam edir. APA TV-nin məlumatına görə, İraq ordusu və «Haşdi Şabi»nin Mosul şəhərinin şimal-qərbindəki Zumardan muxtariyyət sərhədlərində yerləşən peşmərgə qüvvələrini atəşə tutub.

Muxtariyyət hökuməti Təhlükəsizlik Şurasının açıqlamasında İraq ordusunun və «Haşdi Şabi»nin dərhal geri çəkilməsi tələb olunur, «diplomatik həll» istəyi vurğulanır. ABŞ-a müraciət edən Təhlükəsizlik Şurası İraqın «məsuliyyətsiz» hərəkətlərini dayandırmasını tələb edib.

Eyni zamanda İraq ordusu səhər saatlarında İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb. Beynəlxalq koalisiyanın əməliyyatda İraq ordusuna dəstək verdiyi açıqlanıb.

 





26.10.2017    çap et  çap et