Vaxt.Az

Neftin qiyməti psixoloji həddi aşıb


 

İkiillik maksimuma az qaldı

Neftin qiyməti psixoloji həddi aşıb Dünya birjalarında neft bahalaşır.

«APA-Economics» xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində «WTI» neftinin qiyməti 1 barrelə görə 0,01 dollar və ya 0,02 faiz artaraq 52,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında «Brent» markalı neftin 1 barrelinin dəyəri isə 0,10 dollar və ya 0,17 faiz artaraq 59,40 dollar olub.

Beləliklə, qiymət 59 dollar olan psixoloji həddi aşmaqla yanaşı, ikiillik maksimuma yaxınlaşıb.

Nefti Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin açıqlaması bahalaşdırıb. Nazir bəyan edib ki, Səudiyyə Ərəbistanı bundan sonra da neft bazarının balanslaşdırılmasına dair müvafiq addımlar atacaq.

 





27.10.2017    çap et  çap et