Vaxt.Az

«BTQ-nin İpək Yolu üçün böyük əhəmiyyətə var»


 

ABŞ səfiri Bakı-Tiflis-Qars dəmir yolunun açılışı barədə

«BTQ-nin İpək Yolu üçün böyük əhəmiyyətə var» Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır. «Trend»in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir: «Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır».

Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

 





30.10.2017    çap et  çap et