Vaxt.Az

Sabiq siyasi məhbusun rəsm sərgisi ləğv edilib


 

Mustafa Pərvin daha əvvəl həbs və şallaq cəzasına məruz qalıb

Sabiq siyasi məhbusun rəsm sərgisi ləğv edilib Ərdəbilin Mədəniyyət və İslami İrşad idarəsi oktyabrın 30-da fəaliyyətə başlayacağı planlaşdırılan türk fəal və rəssam Mustafa Pərvinin rəsm sərgisini ləğv edib.

Mustafa Pərvin İran Azərbaycanında keçirilən etiraz aksiyaları və siyasi məhbuslara dəstək kampaniyalarına qatılmaq kimi fəaliyyətləri səbəbilə keçmişdə həbs və şallaq cəzaları ilə qarşılaşıb.

HRA agentliyi və Günaz.TV-nin yayımladığı məlumata əsasən, sərginin ləğvi rəssamın keçmişdə həbsdə olması və göstərdiyi siyasi fəaliyyətlərlə bağlıdır.

Amerikanın Səsinin rəssamın yaxınlarından əldə etdiyi məlumata görə, sərgi təhlükəsizlik qurumunun göstərişi ilə ləğv edilib.

Mustafa Pərvinin əsərlərinin 30 oktyabr ilə 3 noyabr tarixləri arasında mədəniyyət idarəsinin Fədək Qalereyasında nümayişə qoyulacağı gözlənilirdi.

İnternet portalları və sosial mediada yayımlanan şəkillərə əsasən, Pərvin həmin qalereyanın önündə əlində plakatlarla sərginin ləğvinə etirazını nümayiş etdirir.

 





31.10.2017    çap et  çap et