Vaxt.Az

... Avakovun istefası tələb olundu


 

Oğlunun həbsindən sonra ...

... Avakovun istefası tələb olundu Ali Radanın «Batkivşina» partiyasından olan deputatı İqor Lusenko bildirib ki, Ukraynanın daxili işlər naziri Arsen Avakovu, oğlunun saxlanıldığı işin araşdırılacağı müddətdə vəzifəsindən kənarlaşdırmaq lazımdır.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

«Avakov araşdırmaların aparıldığı dövrdə vəzifədən kənarlaşdırılmalıdır. Daha yaxşı olar ki, öz təşəbbüsü ilə...», - deyə Lusenko Facebook-da yazıb.

 

***

 

17:10

Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu saxlanılıb.

Yerli mətbuat yazır ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva xəbər verib.

O bildirib ki, Aleksandr Avakov Korrupsiya Əleyhinə Milli Büro əməkdaşlarının apardıqları axtarışdan sonra saxlanılıb.

İ.Kivanın sözlərinə görə, axtarış nəticə vermədiyindən Korrupsiya Əleyhinə Milli Büro əməkdaşları nazirin oğluna məxsus telefon və planşetləri götürüblər. O əlavə edib ki, Aleksandr Avakov məhkəməyə aparılmalıdır.

Ukrayna xüsusi xidmət orqanlarının Arsen Avakovun oğlunun ofisində apardıqları axtarışların səbəbi kimi 2014-cü ilin sonlarında – 2015-ci ilin əvvəllərində Daxili İşlər Nazirliyinin rükzak alışı ilə bağlı məsələ göstərilir.

Sosial şəbəkələrdə yayılmış aydioyazını əsas gətirərək jurnalistlər iddia edirlər ki, daxili işlər nazirinin keçmiş müavini Sergey Çebotar Aleksandr Avakovla rükzakların alışı ilə bağlı söhbət edib. Belə ki, Saşa adlandırılan şəxs (Aleksandr Avakov olduğu güman edilir) 2015-ci ilə qədər DİN-ə 100 ədəd rükzak təhvil verəcəyini bildirir. Çebotar bununla razılaşır və əlavə edir ki. 2015-ci ildə daha 2000 ədəd rükzak alınacaq.

Aleksandr Avakov bu ittihamları rədd edir.

 





01.11.2017    çap et  çap et